Yuxarı

Kamran Əliyev Rusiya Baş prokuroruna müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamran Əliyev Rusiya Baş prokuroruna müraciət etdi

Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın və Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suvereneliyinə qarşı bəyanatları, habelə terrorizmin təbliğinə açıq çağırışlara dair çıxışları yayılıb.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, göstərilənlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova rəsmi müraciət edərək cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş edib.

Oktyabrın 1-də Rusiya Federasiyasının Baş prokuroru rəsmi məktubla cavab verərək hər hansı ölkənin ərazisində qanunsuz əməllərin törədilməsinə, həmçinin kütləvi informasiya vasitələrində millətlərarası nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlar edilməsinin yolverilməzliyini və bu kimi hallara obyektiv hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib.

Həmçinin Dağlıq Qarabaq münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərar və qətnamələrinə əməl edilərək beynəlxalq humanitar hüququn çərçivəsində həllinə dair mövqeyini də bildirib.

Bundan başqa, Rusiya Federasiyasının Baş prokuroru Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlıq istiqamətində münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu da xüsusi vurğulamışdır.

Tarix
2020.10.01 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla