Yuxarı

Ordumuzun döyüş zəfəri Türkiyə mediasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzun döyüş zəfəri Türkiyə mediasında

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinin və əsasız iddialarının bədəlini ödəyir. Təcavüzkar Ermənistanın təxribat xarakterli hücumları nəticəsində bölgədə yaranmış hərbi qarşıdurmanın bütün məsuliyyətini bu ölkənin rəhbərliyi daşıyır.

Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin bu ölkədə aparıcı kütləvi informasiya vasitələrində yer alan açıqlamalarında əksini tapıb.

“A HABER”, “TRT AVAZ”, “HABER GLOBAL” telekanalları, “Anadolu”, DHA xəbər agentlikləri, “Milliyyət”, “Hüriyyət” qəzetləri və digər mətbu orqanlar diplomatik nümayəndəliyimizin rəhbərinin münaqişə ilə bağlı fikirlərinə geniş yer veriblər.

Sentyabrın 27-də münaqişə başlayandan bəri prosesin inkişafı ilə bağlı KİV-ləri məlumatlandıran səfir əminliklə ifadə edib ki, Prezident İlham Əliyev ətrafında sıx birləşən Azərbaycan xalqının milli Ordumuza dəstəyi Silahlı Qüvvələrimizin döyüş zəfərinə böyük töhfə olacaq.

Səfir vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövlətinin və xalqının Azərbaycana mənəvi dəstəyi həmişə olduğu kimi, yenə də xalqımız tərəfindən yüksək dəyərləndirilib.

Tarix
2020.10.01 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla