Yuxarı

Ermənilər ölkəmizə qarşı kiberqruplar yaratdılar - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər ölkəmizə qarşı kiberqruplar yaratdılar - Video

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ölkəmizə qarşı keçirilən kiberhücumları fasiləsiz olaraq nəzarətdə saxlayır.

Axar.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov ASAN radioya açıqlamasında bildirib.

O, qeyd edib ki, aparılan monitorinqlər və əldə olunan kiberkəşfiyyat məlumatlarına əsasən, ermənilərin bir sıra istiqamətlərdə kiberbatalyon adlandırdıqları kiberqruplar formalaşdırdıqları məlum olub:

“Nəzarətə götürülmüş bu kiberqruplar qapalı forumlardan və qapalı teleqram kanallarından koordinasiya olunur. Aparılan müşahidələr kiberhücumları həyata keçirən bu qrupların formalaşdırılmasının qabaqcadan həyata keçirildiyini deməyə əsas verir. Bu da ermənilərin silahlı hücumlarla yanaşı kiberhücumlara da öncədən hazırlaşdırıldığını bir daha sübut edir. Bu kiberqruplaşmalar əsasən dövlət qurumları, bank, media və individual istifadəçiləri hədəfə alıb”.

T.Məmmədov qeyd edib ki, erməni hakerləri texniki əməliyyat istiqaməti olaraq 4 qrupa bölünüblər. Bunlar dodos hücumlarını həyata keçirənlər, kibermüdaxilə fəaliyyətini həyata keçirənlər, elektron poçtlara, sosial hesablara və nömrələrə saxta yoluxdurucu fişinq hücumları həyata keçirənlər və saxta profillərlə erməni dezinformasiya siyasətinin yayılmasının təmin edənlərdir.

O, bütün vətəndaşları kütləvi kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı ayıq-sayıq olmağa, tanınmayan keçidlərə, tətbiq və zənglərə keçid etməməyə çağırıb və bildirib ki, ölkənin kibertəhlükəsizliyi üçün bütün müdafiə tədbirləri koordinasiyalı şəkildə həyata keçirilir.

Tarix
2020.10.01 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Prezident onlara müraciət ünvanladı

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla