Yuxarı

Türkiyədən Azərbaycana dəstək davam edir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Azərbaycana dəstək davam edir - Foto

Ermənistanın Azərbaycana qarşı təxribatlarını qınamaq və buna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əməliyyatlara dəstək məqsədilə qardaş Türkiyənin müxtəlif bölgələrində tədbirlər keçirilir.

Axar.az xəbər verir ki, bu məqsədlə ölkənin Kocaeli vilayətinin Böyükşəhər Bələdiyyəsinin binasına iri Azərbaycan və Türkiyə bayraqları asılıb.

Şəhərin küçə və prospektlərinə Azərbaycana dəstək məqsədilə “Türk milləti olaraq canımızın digər hissəsi olan Azərbaycan türklərinin yanındayıq” şüarları asılıb. Ölkənin İzmir və Balıkesir şəhərlərinin rəmzləri olan “Saat qülləsi” və Çamlık təpəsində yerləşən əzəmətli Ay heykəli Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Türkiyənin müxtəlif vilayətlərinin ictimai nəqliyyat vasitələrinin elektron tablolarında “Bir millət, iki dövlət”, “Azərbaycan” şüarları və iki qardaş ölkənin bayraqları əks olunub.

Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər Türkiyə əhalisi tərəfindən yaxından izlənir. Ölkənin müxtəlif bölgələrində dəstək aksiyaları təşkil olunur, televiziya proqramları hazırlanır.

Tarix
2020.10.01 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla