Yuxarı

Azərbaycanlı iş adamı qətlə yetirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı iş adamı qətlə yetirildi

Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamının evinə silahlı basqın edilib, ev sahibi və həyat yoldaşı güllələnərək qətlə yetirilib.

Bu barədə Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin sədr müavini Akif Hümbətov açıqlamasında bildirib ki, bu gün səhər yerli vaxtla saat 10.30 radələrində iş adamı Vidadi Məmmədov evində silahlı basqına məruz qalıb. O, həyat yoldaşı Yavər Məmmədova ilə birlikdə güllələnib.

A. Hümbətovun sözlərinə görə, qətlə yetirilən V. Məmmədovun evi ona məxsus kafe-restorana bitişikdir: "Səhər övladları və onlarda yaşayan tələbə qohumları dərsə getdikdən sonra evə naməlum şəxslər tərəfindən silahlı hücum olub, ev güllə-baran edilib, Vidadi Məmmədov və həyat yoldaşı qətlə yetirilib. Hazırda ərazi milis tərəfindən mühasirəyə alınıb, araşdırma gedir. Hadisənin törədənlərin kimliyi hələlik məlum deyil. Milis əməkdaşları hadisəni törədənlərin kimliyi barədə yaxın vaxtlarda bizə məlumat verəcəklərini bildiriblər" (APA).

Tarix
2013.12.24 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla