Yuxarı

Dağıstanlı və azərbaycanlı güləşçilər arasında kütləvi dava

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dağıstanlı və azərbaycanlı güləşçilər arasında kütləvi dava

Bakıda sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Böyüklər arasında keçirilən və "Sərhədçi" İdman-Olimpiya Mərkəzində baş tutan çempionat dünən başa çatıb.

Çempionatın bağlanış günü isə kütləvi dava ilə yadda qalıb.

Məlumatda deyilir ki, görüşlərin birində idmançılar arasında gərginlik yaşanıb. Azərbaycan vətəndaşlığını qəbul etmiş Dağıstan əsilli legionerlə yerli güləşçilərimizdən biri arasında keçirilən görüşdə əsəbləri gərilən idmançılar elə döşək üzərindəcə yumruq davasına çıxıblar. Bu davaya güləşçilərin zalda olan yaxınları və dostları da qarışıb.

Bundan sonra dağıstanlılarla azərbaycanlılar arasında kütləvi dava başlayıb. Xəbərlərə görə, dava zamanı soyuq silahlar da işə düşüb və bıçaqlananlar da olub. Bıçaq xəsarəti alanlar Dağıstan vətəndaşları olub.

Davaya səbəb olan idmançıların şəxsiyyəti barədə dəqiq məlumat yoxdur. Tərəflər arasında xeyli sayda xəsarət alan və yaralananların olduğu deyilir.

Davaya qoşulan çoxsaylı adamları isə hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşları sakitləşdirib. Bu zaman tərəflər arasında saxlanılanlar da olub. Əldə etdiyimiz məlumata görə, faktla bağlı istintaq aparılır.

Məsələ ilə bağlı virtualaz.org-a açıqlama verən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mayis Musayev yarış zamanı idmançılar arasında doğrudan da insident yaşanması faktını təsdiqlədi: "Görüşlərin birində idmançılar arasında gərginlik yaşandı. Təşkilatçılar hadisəyə müdaxilə etdikdən sonra tərəflər sakitləşdirildi".

M.Musayev insidentlə bağlı əlavə məlumat verə bilməyəcəyini söylədi.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləsə də əlavə məlumatın daha sonra veriləcəyini söylədi.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur. ("Virtualaz.org")

Tarix
2013.12.24 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla