Yuxarı

I Avropa Oyunları Azərbaycana nə verəcək? – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
I Avropa Oyunları Azərbaycana nə verəcək? – Ekspert

"Avropa Oyunlarını iqtisadi baxımdan qiymətləndirdikdə birmənalı şəkildə yalnız cari oyunlar keçirilən zaman əldə edilən gəlirləri müəyyənləşdirmək doğru olmazdı".

Bu barədə Axar.az-a I Avropa Oyunlarının iqtisadi tərəfləri ilə bağlı açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Avropa oyunları keçirildiyi müddətdə cari gəlirlərin əldə edilməsinə imkan verməklə yanaşı, eyni zamanda, strateji baxımdan oyunlar başa çatdıqdan sonra ölkə iqtisadiyyatına vəsaitin daxil olmasına imkan yaradacaq:

"Avropa oyunları keçirilən zaman ölkəyə xeyli sayda turistin gəlməsi nəzərdə tutulur. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. Turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq. Cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də daxildir. Nəzərə alsaq ki, oyunlar müxtəlif xarici kanallar vasitəsilə yayımlanacaq, praktiki olaraq bu da həmin oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaradacaq. Yerli və xarici şirkətlər Avropa oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaq. Bu, artıq müşahidə olunmaqdadır və rəsmi tərəfdaşlar da var. Bu isə şirkətlərin reklam gəlirlərinin bir qisminin məhz bu oyunlara cəlb edilməsinə imkan yaradacaq".

V. Bayramov bildirib ki, Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək:

"Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Bu, MB-nin intervensiya siyasəti baxımından əhəmiyyətlidir. Avropa oyunları strateji baxımdan da Azərbaycan üçün gəlir vəd edir. İnşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək. Azərbaycan İslam, Avropa Çempionatının yarımfinalını və digər beynəlxalq oyunları keçirməklə bağlı artıq razılıq əldə edib. Bu o deməkdir ki, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq.

I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda biləcəyik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Bu qiymətləndirmə göstərir ki, Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına xarici investisiyanın cəlb olunmasına da təsir göstərəcək. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq. Cari və strateji gəlirləri nəzərə alsaq, Avropa Oyunları iqtisadi baxımdan rentabelli bir layihədir. Bu da imkan verəcək ki, Azərbaycan növbəti dövrlərdəki oyunlar ərəfəsində xərcləri cari və strateji gəlirlər hesabına kompensasiya edə bilsin".

Tarix
2015.04.28 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla