Yuxarı

Eks-müşavir: “Putinin bu hərəkəti çox yersiz idi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Amerika kəşfiyyatçılarının Azərbaycanda işləməsi böyük bir şey deyil".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə söyləyib.

Onun sözlərinə görə, Rusiyanı hazırki səviyyəyə Putin gətirməyib:

"Putinlə bağlı çəkilmiş "Prezident" filmi olduqca zəif filmdir. Bu filmdə Putin gələcək seçkilərə hazırlaşır. Eyni zamanda bu filmdə Rusiyaya guya ki, Amerika, Qərb təhlükəsi var, amma Putin Rusiyanı xilas edir anlamı daşıyır. Filmin ikinci mövzusu, Putin 90-cı illərdə Rusiyanın nə cür pis vəziyyətdə olduğundan bəhs edir. Bununla Putin göstərmək istəyir ki, mən gələndən sonra Rusiyanın vəziyyəti yaxşılaşıb. Lakin o, burada yalan danışır. Ona görə yalan danışır ki, Rusiya indiki vəziyyətə yalnız və yalnız neft qiymətlərinin dəhşətli sıçrayışı nəticəsində gəlib. Neft 20 dollardan 120 dollara qalxdı. Ona görə də Rusiyada əhalinin vəziyyətinin bir balaca yaxşılaşması Putinin sayəsində deyil, neft qiymətlərinin sayəsində oldu. Neft dəyərdən düşdükdən sonra Rusiya yenə də əvvəlki vəziyyətə düşdü. Bundan başqa Rusiyada ictimaiyyətin Beslan, Nordost hadisələri ilə bağlı rəyi var. Rəy ondan ibarətdir ki, bunların hamısını iqtidar təşkil edib. O da bunu quru sözlə inkar edir. Baxın görün, o filmdə kim Putini tərifləyib. Onun silahdaşı İvanov, Peskov, Primakov Putin haqqında rəy bildirirlər. Əgər o özü haqqında fikir bilmək istəyirsə, Rusiyanın azad fikirli adamlarını ekrana çıxarsın".

Politoloq Putinin filmdə Azərbaycanın adını çəkməsinin yersiz olduğunu bildirib:

"Əvvəla dünya kəşfiyyatları hər yerdə işləyir. Putinin kəşfiyyatı Vaşinqtonda, Londonda və digər yerlərdə çalışır. Amerikanın kəşfiyyatçılarının Azərbaycanda işləməsi böyük bir şey deyil. Çeçenistandakı müharibəyə gəlincə isə, onu ilk növbədə Rusiyanın içindəki qüvvələr maliyyələşdiriblər. İkincisi isə, çeçenlərə SSRİ-dən həddən artıq silah qalmışdı. Üçüncüsü də, çeçenlər anadan olandan döyüşçüdürlər. Çeçenlər ömür boyu Rusiya əleyhinə savaşa-savaşa genetik baxımdan misilsiz döyüşçüyə çevriliblər. Bu məsələdə Azərbaycanda işləyən ABŞ kəşfiyyatının nə isə etməsini söyləmək cəfəngiyatdır. ABŞ kəşfiyyatı hər yerdə - Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə və sairə yerlərdə işləyir. Ən güclü Amerika kəşfiyyatı elə Rusiyanın özündə çalışır. Azərbaycanın bura aidiyyəti yoxdur. Azərbaycan adının çəkilməsi, ümumiyyətlə, yersizdir. Ona görə də filmi qabiliyyətsiz bir şey adlandırıram. Bu film, ümumiyyətlə, Putinin özünün əleyhinə işləyən bir amildir. Əgər bir işi törədən adam susursa, bu onun üçün danışıb günahı kimlərinsə üstünə atmağından daha dolğun məqamdır".

O, Putinə oliqarxların güclü təsir etdiyini deyib:

"Putin filmdə deyirdi ki, o, yeni prezident olanda oliqarxlar ona meydan oxuyurdu. O zaman belə bir fikir yaranır ki, guya Putin Rusiyanı oliqarxlardan təmizləyib və Rusiya oliqarxlarsız yaşayır. Əslində, Rottenberqlər, Abramoviçlər və digərləri oliqarx deyilmi? Putin onlarla bir komandada işləmirmi?"

Tarix
2015.04.28 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla