Yuxarı

Prezident Nizami Gəncəvidən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Nizami Gəncəvidən danışdı

"Dünyada get-gedə dövlətlər bir-birindən asılı vəziyyətə düşür. Qanunun aliliyi mövcud olan ölkələr daha da inkişaf edir, başqa ölkələr isə getdikcə dərin korrupsiya və ədalətsizliyə yuvarlanır".

APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Forumunun həmsədri Vayra Vike-Frayberqa deyib.

V.V.Frayberqa bildirib ki, SSRİ-nin süqutundan sonra müstəqil dövlətlər çətin durumlarla qarşılaşıblar: "Bu gün dünyada çətin vəziyyətdə olan insanlar var. Yeri gəlmişkən, mən uşaq olanda valideynlərim də qeyri-adi şəraitə düşmüşdülər, onlar SSRİ-də qalmaq istəmirdilər. Onlar Latviyadan ən son gedən qayığa minə biliblər. Bu qayıqları vurmaq üçün torpedolarla zərbələr endiriblər, qayıqların bir qismi batıb, insanların bir qismi ölüb".

V.V.Frayberqa qeyd edib ki, Nizami Gəncəvinin dedikləri XXI əsr üçün də aktualdır: "Nizami Gəncəvinin fikirləri qanunun aliliyi, köləlikdən azad, demokratik cəmiyyətlərə keçidi tərənnüm edir. BMT bu sahədə inkişafa nail olmağa çalışdı. Bu konfransın məqsədi sizin fikirlərinizi dinləmək, fərqlilikləri ortaya çıxarıb təhlil etməkdir. Bu gün dünyada silahlardan istifadə olunur, dövlətlər, şəhərlər dağıdılır. Cəmiyyətdə yaxşı ideyalar irəli sürülməli və bölüşdürülməlidir. Bu mənada Bakıda keçirilən forum çox önəmlidir. Prezident İlham Əliyev bu forumların, tədbirlərin əhəmiyyətini qiymətləndirir və Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə dəstək verir. Mən prezident İlham Əliyevə təşəkkür edirəm".

Tarix
2015.04.28 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni qadın: Bakı türməsində olanlar canidirlər - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Rixard Raşi Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla