Yuxarı

Əl-Cəzirə: “Rəqib meydanında oynayan Azərbaycan”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əl-Cəzirə: “Rəqib meydanında oynayan Azərbaycan”

"Qarabağ"ın mənim, sizin, hamımızın komandası olmağa haqqı çatmırmı?"

Axar.az xəbər verir ki, bu sözlər "Əl Cəzirə Türk"ün yazarı Barış Kuyucunun yazısında yer alıb.

O, "Qarabağ"ın Azərbaycanda futbol komandasından daha çox şeyi təmsil etdiyini bildirib:

"Qarabağ bölgəsinin ermənilər tərəfindən işğal edilməsindən sonra oyunlarını Ağdam əvəzinə başqa şəhərlərdə oynamaq məcburiyyətində qalan "qaçqınlar" ləqəbli Qarabağ futbol klubu Azərbaycanda bir futbol komandasından daha çox şeyi təmsil edir. Bir çox futbolsevər onları keçən il UEFA Avropa Liqasında "İnter"ə qarşı haqlı qolu sayılmayan və bəxtsiz formada uduzan Azərbaycan komandası kimi tanıyır. Lakin "Qarabağ"ın hekayəsi daha qədimlərə gedib çıxır. Filmlərə mövzu olan, acılarla dolu, amma qalibiyyətləri ilə ilhamverici olan bir hekayə. Ermənilər tərəfindən Ağdamın yandırılıb işğal edildiyi il - 1993-də inanılması mümkün olmayan tərzdə "Qarabağ" həm ölkə çempionluğunu, həm də Azərbaycan kubokunu qazandı. Ağdamlıların qüruruna çevrilmiş bu komanda ilk dəfə paytaxt Bakıdan kənarda yerləşən bir klub kimi Azərbaycan çempionluğunu qazanma sevincini öz stadionunda qeyd edə bilmədi. Müharibə bütün xoşbəxtliklərini məhv etmişdi. Bu komanda yaşadıqları, uğurları, rəhbərləri, idarəediciləri və xəyalları ilə özünü sevdirir. Türkiyə Super Liqasının gərginliyindən boğaza yığılmış futbolsevərlər artıq alternativsiz deyillər. "Qarabağ"ın mənim, sizin, hamımızın komandası olmaq haqqı yoxdurmu?"

Tarix
2015.04.28 / 19:01
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla