Yuxarı

Hamı türk malı alsın – Millət vəkilindən çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən tanınan ərazilərinin bütövlüyü uğrunda hazırda davam edən Qarabağ savaşında ölkəmizi birmənalı dəstəkləyən Türkiyəyə qarşı erməni məkri davam edir.

Axar.az xəbər verir ki, Ermənistan türk mallarından imtina ilə bağlı çağırışlar edir. Baxmayaraq ki, olduqca keyfiyyətli və ucuz türk tekstil mallarından imtina onsuz da dağılmış Ermənistan iqtisadiyyatı üçün əlavə təhdid yaradır və Ermənistanda bir çox iş yerləri, o cümlədən satış mərkəzləri bağlanır, buna baxmayaraq, ermənilər bu addımlarında israrlı görünürlər. Hətta erməni iqtisadçılar bunun Ermənistan iqtisadiyyatına ciddi zərbə vuracağını da qeyd edirlər.

Bütün bunların fonunda millət vəkili, iqtisadçı Vüqar Bayramov maraqlı müqayisə aparıb. O bildirib ki, Azərbaycan 13 milyard 667 milyon dollarlıq illik idxalında 4 ölkə 1 milyard dollardan artıq paya malikdir.

“Ötən il Rusiyadan 2 milyard 290 milyon dollar, Türkiyədən 1 milyard 646 milyon dollar, Çindən 1 milyard 432 milyon dollar və İsveçrədən 1 milyard 223 milyon dollarlıq mal almışıq. Qalan 7 milyard dollarlıq idxalımız isə digər ölkələrin payına düşür. İdxal həmin ölkəyə valyuta dəstəyi deməkdir. Yəni biz hansı ölkədən idxal ediriksə, həmin ölkəyə valyuta göndəririk”.

Millət vəkili vurğulayıb ki, Türkiyənin Qarabağ müharibəsində Azərbaycana birmənalı dəstəyindən dolayı müəyyən siyasi-iqtisadi təzyiqlərlə üzləşir və bu da Türkiyə iqtisadiyyatına təsirsiz ötüşmür.

“Biz bazarlıq edən zaman yerli məhsullar ilə yanaşı, Türkiyə malları almaqla qardaş ölkə iqtisadiyyatına töhfə vermiş olarıq. Hamımız türk malı alsaq, xeyir qardaşımıza qalar”, - ekspert bildirib.

Tarix
2020.10.12 / 11:08
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla