Yuxarı

Dağlıq Qarabağa girişlərdən biri nəzarətimizdədir - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Baş Komandan “Haber Global” televiziya kanalına müsahibəsində açıq-aydın dedi ki, “Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir”.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Prezident İlham Əliyevin “Haber Global” telekanalına müsahibəsi haqda danışarkən deyib.

Deputat bildirib ki, Ordumuz hər gün yeni ərazilər azad edir:

“Qarabağda doğulub boya-başa çatan şəxs kimi qeyd etmək istərdim ki, bizim bölgədə yüksəkliklərə sahib olmadan şəhər və kəndlərdə möhkəmlənmək mümkün deyil. Bəzi hallarda bir yüksəkliyə sahib olmaq bir neçə kəndi və ya şəhəri nəzarətdə saxlamağa imkan vermir. İnanıram ki, Müzəffər Ordumuz Füzuli rayonu da daxil olmaqla, işğal altında olan bütün ərazilərimizdəki yüksəklikləri qısa zamanda tam azad edə biləcək. Mənim doğma kəndimin ətrafındakı yüksəkliklərə də artıq qəhrəman əsgərlərimiz nəzarət edir.

Hadrut və ətrafı məhz bu baxımdan da strateji əhəmiyyət daşıyır. Ali Baş Komandan müsahibəsində bildirib ki, indi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Bu, həmçinin Dağlıq Qarabağa olan əsas girişlərdən birinin bizim nəzarətimizdə olması anlamına gəlir. Deməli, Böyük Qələbəyə də yaxınlaşırıq.

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”

Tarix
2020.10.13 / 11:31
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla