Yuxarı

Heydər Əsədov idarə rəisini işdən çıxardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əsədov idarə rəisini işdən çıxardı

Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Nazim Babayev və baş mühasib Vahid Niyazəliyev işdə ciddi nöqsanlara yol verdiklərinə görə tutduqları vəzifədən azad ediliblər. Təqaüd yaşı çatmış iki nəfər əməkdaş isə təqaüdə göndərilib.

Bu barədə Report-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, dünən Kənd Təsərrüfatı Nazirliyində Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti ilə bağlı iclas keçirilib. Müfəttişliyin rəisi N.Babayev Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti barədə məlumat verib, Bakı şəhəri Dövlət Texniki Nəzarət Müfəttişlərinin hesabatı dinlənilib.

Kənd Təsərrüfatı naziri Heydər Əsədov Müfəttişliyin müasir tələblər səviyyəsində yenidən qurulması, elektron uçot sisteminin təşkili, hüquqi bazanın yaradılması və sürücülük vəsiqələrinin verilmə mexanizminin təkmilləşdirilməsi məqsədilə Nazirliyin müvafiq şöbələrinə tapşırıq və tövsiyələrini verib.

Tarix
2015.04.29 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya arasında kritik görüş

Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

İqor Babuşkin Mehriban Əliyevaya məktub göndərdi

Nizami Gəncəvi Mərkəzinin üzvlərindən məktub

20 yaşlı gənc bu gün ADU-ya rektorluq etdi - Foto

Bu ölkə prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Afrika Günü ilə bağlı konfrans keçirildi

Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla