Yuxarı

Mçeleşvili: “Bakı Tiflisin iradlarına cavab verməyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mçeleşvili: “Bakı Tiflisin iradlarına cavab verməyəcək”

"Gürcüstan hələ güclü deyil".

Axar.az xəbər verir ki, bu açıqlama ilə gürcü analitiki Zviad Mçeleşveli çıxış edib.

Onun sözlərinə görə, Gürcüstan Bakı ilə münasibətlərini dayandırmayacaq:

"Məsələ ondadır ki, Gürcüstan Azərbaycan qarşısında özünün qəzəbini nümayiş etdirəcək vəziyyətdə deyil. Tiflisin qonşumuza tərəf yönəltdiyi istənilən addım ona qarşı bumeranq kimi qayıda bilər. Gürcüstan təkcə Azərbaycanın enerji resurslarının istehlakçısı deyil. Bakı isə stabil partnyordur. Stabil partnyorları qəzəbləndirib, xətrinə dəymək yaxşı qəbul edilmir. Axı Azərbaycan bir zamanlar Gürcüstanın əməkdaşlığından acı təcrübələr götürdüyü Rusiya deyil. Bu gün Azərbaycan Gürcüstanın əsas siyasi partnyorları içərisində birinci yeri tutur. SOCAR şirkəti Gürcüstanın enerji sistemində artıq çoxdan liderlik edir. Xüsusi diqqətə həmçinin Bakı-Tiflis-Qars dəmiryolu layiqdir. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bu yol artıq bir azdan işə düşəcək. Bir şeyi də vurğulamaq yerinə düşər ki, bu proyektin reallaşdırılması üçün Azərbaycan Gürcüstana 800 milyon dollar dəyərində kredit verib.

Əgər Tiflis Bakı ilə münasibətləri pisləşdirərsə, bunu Ankara da başa düşməyəcək. O da Cənubi Qafqaz regionunda riskləri görmək istəmir.

Türkiyə Gürcüstanın təkcə iqtisadi partnyoru yox, həm də əsas streteji tərəfdaşıdır. Bax, bunlara görə hətta Saakaşvili ilə bağlı olsa belə, Bakıya söz deyilməyəcək. Saakaşvili sərbəst şəkildə geriyə - Ukraynaya dönəcək. Tiflis öz şərəfini qorumaqdan ötrü nazirlər və nazir müavinləri səviyyəsində məsələyə etirazlarını bildirəcək. Bakı isə çox güman ki, buna susaraq cavab verəcək. Nəticədə bir ay sonra hər şey unudulacaq".

Tarix
2015.04.29 / 15:36
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla