Yuxarı

Ermənistan buna görə cavab verəcək - Tacik mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanın “faraj.tj” portalı Ermənistan silahlı qüvvələrinin qədim Gəncəni raket atəşinə tutması haqqında tacik dilində geniş material yerləşdirib.

Axar.az portala istinadla xəbər verir ki, Moskvada imzalanan humanitar atəşkəs rejimindən sonra mülki obyektlərə və yaşayış məhəllələrinə aramsız atəş nəticəsində çoxlu dağıntılar var, 10 adam həlak olub, 34 nəfər yaralanıb. Onların arasında uşaqlar və qadınlar var.

Yazıda bildirilir ki, Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu 1949-cu il Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir və Ermənistan bu hərəkətə görə cavab verməli olacaq.

Materialda qeyd olunur ki, qədim Gəncə şəhəri Böyük İpək Yolu üzərində olan mədəniyyət mərkəzidir. Dünyaya Nizami Gəncəvi kimi dünya şöhrətli şair və filosof verib.

Sonra məqalədə Gəncənin tarixi abidələri haqqında məlumat verilir, deyilir ki, bu qədim şəhərdə 195 tarixi-mədəni abidə var. Orta əsrlərə aid “Qədim Gəncə” qoruq-kompleksi, İmamzadə kompleksi (XVII-XIX əsr), Uğurlu xanın Karvan- sarayı, Şah Abbas Karvansarayı, Gəncə qalası, Qala divarları (XVII-XIX əsr) və digər abidələr bu qəbildəndir.

Yazıda vurğulanır ki, belə qədim tarixi və abidələri olan Gəncənin raket atəşinə tutulması vandalizmdən başqa bir şey deyil.

Tarix
2020.10.15 / 04:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla