Yuxarı

Nazir Mortona erməni vandalizmindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət naziri Vendi Morton arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildiriblər ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov həmkarına Moskvada razılaşdırılmış humanitar atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyi barədə məlumat verib. Nazir Azərbaycanın münaqişə zonasından çox uzaqda yerləşən mülki əhalisinin və infrastrukturlarının, şəhərlərinin məqsədyönlü şəkildə hədəfə alındığını, Gəncəyə edilən raket hücumlarının dinc əhali arasında ciddi itkilərə səbəb olduğunu vurğulayıb.

Nazir oktyabrın 15-də səhər Azərbaycanın Tərtər rayonunun yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu, artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd edib.

Ermənistan tərəfindən insanlığa qarşı törədilən bu cinayətləri qətiyyətlə qınayan nazir Ceyhun Bayramov Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu cinayət əməllərinə görə tam məsuliyyət daşıdığını vurğulayıb.

Nazir Vendi Morton mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib, gərginliyin azaldılmasının və atəşkəsə hörmət edilməsinin vacibliyini vurğulayıb. O, münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

Tarix
2020.10.15 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla