Yuxarı

Muzdluların erməni ordusuna cəlb olunması... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Digər ölkələrdə həyata keçirilən əməliyyatlara muzdluların cəlb edilməsi faktı beynəlxalq qanuna zidd hərəkətdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistan tərəfinin müxtəlif ölkələrdə mövcud olan erməni əsilli şəxslərin, habelə muzdluların orduya cəlb edilməsini şərh edərkən deyib.

O, müxtəlif ölkələrin qanunvericiliyinə əsasən, digər ölkələrin ərazilərində hərbi birləşmələrdə iştirak edənlərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib:

“Təəssüf ki, bəzi ölkələr erməni əsilli şəxslərin “orduya” cəlb olunmasına göz yumur. Düşünürəm ki, gələcəkdə bizim prokurorluq orqanları həmin ölkələrə müraciət edərək, qanun çərçivəsində onlara təzyiq göstərə bilər”.

Ermənistanın diləndiyi atəşkəsin elə özləri tərəfindən pozulmasına Azərbaycanın adekvat cavab verməsi məsələsinə toxunan politoloq bunları deyib:

“Azərbaycan Ermənistanın dinc əhalisi və mülki obyektləriylə deyil, hərbi mövqeləriylə müharibə aparır. Ümid edirəm ki, Ermənistanın özbaşınalıqları ilə bağlı faktlar toplanaraq Haaqa beynəlxalq tribunalına təqdim olunacaq”.

Tarix
2020.10.15 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla