Yuxarı

Axıskalılardan erməni təxribatına etiraz: Bütün gücümüzlə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Axıska Türkləri Birliyi (DATÜB) işğalçı Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki əhalini və mülki obyektləri hədəfə alan raket hücumlarını pisləyib.

Axar.az xəbər verir ki, bu məqsədlə Birliyin qəbul etdiyi bəyanatda Ermənistanın humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərini raket atəşinə tutması nəticəsində dinc əhali arasında itkilər və yaralılar olduğu bildirilib. Sənəddə, həmçinin deyilir:

“Ermənistan tərəfi insanlığa qarşı cinayət törətməkdədir. DATÜB olaraq bu hücumu qətiyyətlə qınayırıq. Bütün gücümüzlə Vətən mübarizəsi aparan Azərbaycanın yanında dayanmağa davam edəcəyimizi bir daha bəyan edirik”.

Birliyin rəhbəri Ziyəddin Kassanov dünya birliyini bu vəhşi hücumu sərt şəkildə pisləməyə çağırıb. O deyib: “Azərbaycanın Vətən mübarizəsində Axıska türkləri olaraq ən ön cərgədə olmağa davam edəcəyik”.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan işğalçı Ermənistan ordusu oktyabrın 11-i gecə saat 2:00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçıların raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 34 nəfər yaralanıb.

Tarix
2020.10.15 / 20:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla