Yuxarı

Türkiyə açıqladı: Ordubadın atəşə tutulması...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə açıqladı: Ordubadın atəşə tutulması...

Ermənistan silahlı qüvvələrinin işğal altındakı Qubadlı rayonundan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu raket atəşinə tutmasını şiddətli şəkildə qınayırıq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Ermənistanın işğal etdiyi torpaqlarda ardıcıl məğlubiyyəti səbəbindən azğınlaşdığı görünür. Ermənistan bu təhlükəli provokasiyadan imtina etməlidir. Humanitar atəşkəsi pozan Ermənistan indi də dinc əhaliyə hücum edərək müharibə cinayəti törədir və qarşıdurmanı başqa sferaya daşımağa cəhd edir. Can Azərbaycanla və azərbaycanlı qardaşlarımızla hər zaman həmrəy olacağıq”, - deyə XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 16-da saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Tarix
2020.10.16 / 18:13
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla