Yuxarı

Con Kerri erməniləri niyə dəstəkləyir - Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Con Kerri erməniləri niyə dəstəkləyir - Səbəb

ABŞ dövlət katibinin ofisindən idarə olunan antiazərbaycan kampaniyasının arxasında erməni lobbisi durur.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Rövşən Rzayev bildirib.

O qeyd edib ki, Azərbaycan bu gün regionda güclü ölkəyə çevrilib və böyük siyasi-iqtisadi uğurlara malikdir.

"Yaxın günlərdə Bakıda Birinci Avropa Oyunları keçiriləcək və ermənilər bu oyunlar ərəfəsində ölkəmizin imicini ləkələməyə çalışırlar. Onlar bu işə ABŞ dövlət katibi Con Kerrinin ofisini də cəlb edə biliblər", - deyə R.Rzayev vurğulayıb.

Deputat o fikirdədir ki, bu antiazərbaycan kampaniyasının arxasında erməni lobbisi və lobbini dəstəkləyən ayrı-ayrı şəxslər durur.

"Con Kerrinin erməni lobbisi ilə güclü əlaqələrinin olması məlumdur, məhz Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərinin biri də odur. Lakin ABŞ dövlət katibi öz baxış bucağını bir də nəzərdən keçirsə, Azərbaycan və ABŞ arasındakı tərəfdaşlıq münasibətlərini də nəzərə alsa, daha yaxşı olar. Birinci yerdə dövlət maraqları durmalıdır, şəxsi maraqlar yox", - deyə R.Rzayev əlavə edib.

Onun sözlərinə görə, gələn il ABŞ-da prezident seçkiləri olacaq və çox güman ki, C.Kerri erməni lobbisini dəstəkləməklə öz gələcəyi haqqında düşünür.

Tarix
2015.04.30 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla