Yuxarı

Pakistandan Paşinyanın ittihamlarına kəskin cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistandan Paşinyanın ittihamlarına kəskin cavab

Pakistanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın bu günlərdə “RİA Novosti” agentliyinə müsahibəsində Pakistanın hərbi qüvvələrinin Azərbaycan Ordusuna yardım etməsi ilə bağlı fikirlərini əsassız adlandırıb.

Axar.az xəbər verir ki, Pakistan XİN-i bəyanat yayaraq, Ermənistanın Baş nazirinin əsassız və yersiz şərhlərini qəti şəkildə rədd etdiyini bildirib.

Nazirlik qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan silahlı qüvvələrinin kifayət qədər güclü olduğunu və öz torpaqlarını müdafiə etmək üçün heç bir xarici ölkənin köməyinə ehtiyacı olmadığını bildirib.

Pakistan XİN hesab edir ki, Ermənistan rəhbərliyi özünün Azərbaycana qarşı qanunsuz hərəkətlərini ört-basdır etmək üçün bu cür məsuliyyətsiz təbliğata sığınır.

“Pakistan Azərbaycana diplomatik, mənəvi və siyasi dəstəyini ardıcıl şəkildə genişləndirib. Pakistan qardaş Azərbaycan xalqının yanında durmağa davam edəcək və onun hər hansısa təcacüzə qarşı özünümüdafiə hüququnu dəstəkləyəcək”, - deyə bəyanatda vurğulanır.

Pakistan XİN əlavə edib ki, münaqişə tərəfləri arasında sülh və münasibətlərin normallaşdırılması BMT TŞ-nın qətnamələrinin tam və hərtərəfli icrasından və Ermənistan hərbi qüvvlərinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq.

Tarix
2020.10.17 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla