Axar.az
Yuxarı

İrəvan KTMT-dən qovulmalıdır! – Karaşin sübut etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış qazax yazıçısı və analitik Beket Karaşin Feysbuk səhifəsində Ermənistanın Kollektiv Təhlükəsizlik haqqında müqaviləni və KTMT Nizamnaməsinin əsasnaməsini pozması haqqında faktlar gətirib.

Axar.az Karaşinin "Ermənistanın KTMT-dən çıxarılması haqqında" adlı araşdırmasını təqdim edir:

“KTMT-nin üzv ölkələri digər iştirakçılar qarşısında yalnız hüquqlara malik deyil, həm də öhdəlikləri var, eləcə də qurum beynəlxalq qanunlara əsaslanır. Buna görə də Ermənistanın hərbi əməliyyatlarının müqaviləyə və KTMT-nin Nizamnaməsinə uyğun olub-olmadığını nəzərdən keçirək.

Müqavilənin 1-ci maddəsində bildirilir: “İştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etməkdən çəkinmək öhdəliyini təsdiq edirlər...”

Bu öhdəlik 28 il ərzində (müqavilənin imzalandığı andan) Ermənistan tərəfinin nəinki hədə-qorxu, həm də Azərbaycan ərazilərinin atəşə tutulması, müxtəlif növ hərbi təxribatları, terror aktları şəklində daim pozulur.

Gəncənin və Azərbaycanın digər dinc şəhərlərinin atəşə tutulması hərbi təcavüzün, dinc sakinlərin qətlə yetirilməsinin, dövlət terrorizminin birbaşa sübutudur.

Ermənistan yalnız müqaviləni deyil, KTMT Nizamnaməsinin 3-cü və 4-cü maddələrini pozub. 3-cü maddədə yazılıb: "Təşkilatın məqsədi sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsidir".

4-cü maddə isə aşağıdakı sözlərdən ibarətdir: "Təşkilat beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinə əsaslanan ədalətli, demokratik dünya nizamının formalaşmasına yardım edir…”

Beləliklə, Ermənistan KTMT-nin hüquqi göstərişlərini pozaraq, beynəlxalq hüquq prinsiplərini təkzib edərək, təhlükəsizliyin və regional sülhün qorunması məqsədilə formalaşmış təşkilatın mövcudluğunu tamamilə gözdən salır! Bundan başqa, o, təcavüzkar olaraq yalan informasiya axını vasitəsilə bu təşkilatı Zaqafqaziyadakı qanlı münaqişəyə sürükləməyə çalışır.

KTMT-nin digər iştirakçıları vəziyyəti obyektiv şəkildə qiymətləndirib, müqavilənin və onun nizamnaməsinin bütün müddəalarına əməl edərək, hələ ki, erməni tərəfinin təxribatlarına uymurlar. Bu müqavilənin bütün iştirakçıları anlayır ki, Ermənistana heç kəs hücum etmir. O öz ərazisini müdafiə etməyib, əvvəlkitək özgə torpaqlarında ədalətsiz, təcavüzkar, işğalçı müharibə aparır, halbuki Azərbaycan üçün bu, ədalətli Vətən müharibəsidir.

Bütün bunlara baxmayaraq, ermənilər dəhşətli isteriyada müqavilənin digər iştirakçılarını, ilk növbədə Rusiyanı xəyanətdə ittiham edir. Onların bu isteriyası Rusiya bayraqlarının yandırılması, müqavilənin müddəalarının yanlış şərhi ilə davam edir. Lakin müqavilənin bütün sənədləri göstərir ki, KTMT iştirakçı dövlət təcavüzkar, terror keçirən və qonşu dövlətin dinc ərazilərini atəşə tutan üzvünü müdafiə etməyə borclu deyil. Bundan əlavə, bu müqavilənin hüquqi əsasları hər hansı iştirakçının hüquqi normaları yerinə yetirmədiyi təqdirdə cəzalandırılmasını nəzərdə tutur.

Təşkilat Nizamnaməsinin 20-ci maddəsində deyilir: “Üzv dövlət bu Nizamnamənin müddəalarını, Şuranın qərarlarını və onların icrası üçün təşkilatın digər orqanlarının qəbul etdiyi qərarları yerinə yetirmədikdə Şura onun təşkilat orqanlarının fəaliyyətində iştirakını dayandıra bilər. Üzv dövlət həmin öhdəlikləri yerinə yetirmədikdə Şura onun təşkilatdan çıxarılması barədə qərar qəbul edə bilər. Bu məsələlərə dair qərarlar sözügedən ölkənin səsi nəzərə alınmadan qəbul edilir”.

Buna görə də hər hansı iştirakçı ölkənin Ermənistanın KTMT-dən xaric edilməsinə dair KTMT üzvlərini təcili toplantıya çağıra bilər…

Bu aktual qərarı yalnız iştirakçı dövlətlərin nümayəndələri deyil, həm də bu ölkələrin ictimaiyyəti tələb etməlidir. İdeyanın və bu məqalənin müəllifi olaraq, hüquqşünaslardan məsələnin hüquq çərçivəsində işlənməsini və onun tətbiq statusuna keçirilməsini xahiş etmək istərdim”.

Tarix
2020.10.17 / 22:07
Müəllif
Zaur, Fatimə
Şərhlər
Digər xəbərlər

Hikmət Hacıyev düşmənin raket hücumundan yazdı

Erməni analarına deyin ki, itkilər daha çoxdur – Rusiyalı ekspert

"Le Temps": Azərbaycan Qarabağda məngənəsini sıxır

Misir mediasında Ermənistanın bu siyasəti ifşa edildi

Stalinin ermənilərə saxta vətən yaradan qərarı - Foto

Bu ölkədə olan tək azərbaycanlı: Dünya niyə biganədir?

İrəvan Putini hədələdi: Nikolay kimi ailəsi ilə birgə... - Şok

İrəvan Moskvanı münaqişəyə cəlb edə bilərdi - Professor

SSRİ-nin süqutundan sonra Qarabağ... - “Eleftheros Typos”

Bu taksi sürücüləri daha hazırlıq keçməyəcək - Rəsmi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla