Yuxarı

Əgər düşmən bundan fürsət kimi istifadə edərsə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Humanitar pauza” 26 ildir sürən atəşkəs rejimi deyil. Müzəffər Ordumuzun hərbi qələbələri Ali Baş Komandanın bağlı qapılar arxasında gedən və silahlı savaşdan daha amansız olan diplomatik müharibəni də ölkəmizin xeyrinə təsbit etmək üçün əvəzsiz üstünlüklər qazandırır.

Axar.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc deyib. O qeyd edib ki, müstəqilliyimizin 29-cu ilində “əsir torpaqlar”ımızın işğaldan qurtulması xalqımızın azadlığının və istiqalılın da bütövləşməsinə yol açıb:

"Çünki dünya birliyi tərəfindən tanınan sərhədlərimiz daxilində bütün coğrafiyası üzrə öz müqəddaratını təyin edə bilməyən xalq məhz azərbaycanlılar idi. Ona görə də Azərbaycan Demokratik Respublikasının da yaranmasını nəzərə alsaq, bu, sayca 3-cü müstəqillik mərhələsidir ki, millətimizə məxsus olan torpaqların hamısında dövlət bayrağımızın dalğalanması üçün tarixi şans yaranıb. Əgər erməni tərəfi gecə saat 00.00 dan elan olunan, sırf əsir və cəsədlərin dəyişdirilməsi məramına xidmət edən humanitar pauzanı, Qırmızı Xaç Cəmiyyətinin qısa müddətdə həyata keçirəcəyi missiyanı toparlanmaq və itirilmiş ərazilərin qaytarılması üçün fürsət kimi dəyərləndirəcəklərsə, onda rəşadətli Ordumuz “Zəfər Yürüşü”nü davam etdirəcək və atəşin davamlı olaraq kəsilməsi üçün “sülh müqaviləsi” Ermənistanla sərhəddə imzalanacaq".

Tarix
2020.10.18 / 12:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla