Yuxarı

Füzuli ilə bağlı böyük proses başlayacaq - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonu yeni və tarixi mərhələyə qədəm qoyur. Bu imkanı bizə qismət edən Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna Füzuli sakinləri hər zaman minnətdar olacaqlar.

Axar.az xəbər verir ki, bu fikirləri Füzuli rayonundan seçilən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“Füzuli rayonu işğaldan öncə ölkəmizin iqtisadi gücə malik olan aparıcı bölgələrindən hesab olunurdu. Pambıqçılıq və taxılçılıq üzrə öndə olan rayonlardan biri kimi Füzulidə kənd təsərrüfatının digər istiqamətləri də inkişaf etmişdi. Rayon, eyni zamanda sənaye məhsullarının istehsalına görə də fərqlənirdi.

Ərazisi 1386 kv/km, əhalisi isə 150 min nəfərə yaxın olan Füzuli artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyacaq. İran ilə sərhəddə yerləşən Füzuli rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhfə vermə imkanlarına malik olacaq.

Ən qədim yaşayış yerlərindən biri olan Azıx mağarasının yerləşdiyi Füzuli rayonu əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu daxili, o cümlədən gəlmə turizm üçün yeni imkanlar deməkdir.

Seçki öncəsi təbliğat-təşviqat kampaniyasında vəd etdiyim kimi, Füzulinin aparıcı iqtisadçıları ilə birlikdə Füzuli rayonunun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlayacağıq. Burada hər bir yaşayış məntəqəsinin potensialına və xüsusiyyətinə uyğun olaraq iqtisadi fəaliyyətlər, sərmayə qoyuluşları müəyyənləşəcək.

Qarabağ Azərbaycandır!” - deputat bildirib.

Tarix
2020.10.19 / 11:56
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla