Yuxarı

Diplomatlarımıza qarşı həyati təhlükə xarakterli çağırış... - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarının yayılması ilə bağlı KİV-in sorğusunu cavablandırıb.

Axar.az XİN sözçüsünün cavabını təqdim edir:

"Son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların geniş yayıldığını müşahidə edirik.

Bu, növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürüdür. Təəssüflə bildirmək istərdik ki, tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluq, hətta Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Hər kəsə yaxşı bəllidir ki, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törətmiş və bunların arasında 24 türk diplomatı qətlə yetirilmişdir. 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində Ermənistan tərəfindən ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir.

Ermənistan silahlı qüvvələrinin bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində əl atdıqları təxribat nəticəsində də xarici ölkələrdəki radikal erməni qüvvələri tərəfindən yerli azərbaycanlı icma üzvlərinə, eləcə də diplomatlarımıza qarşı son dərəcə aqressiv əməllərin və nifrət zəminində cinayətlərin törədildiyini gördük.

Erməni radikal ünsürləri tərəfindən Azərbaycan və Türkiyə diplomatlarına qarşı təhdid dolu ismarışların, hətta onların öldürülməsi çağırışlarının yayılmasını qətiyyətlə pisləyirik.

Bildiyiniz kimi, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir və bu xüsusda, tərəfimizdən xarici ölkələrdəki diplomatlarımızın mühafizəsinin, təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirlərinin görülməsi üçün müvafiq müraciətlər göndəriləcək".

Tarix
2020.10.19 / 12:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla