Yuxarı

Seyidov: Beynəlxalq ictimaiyyət Azərbaycanın yanındadır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Aİ-nin bəyanatına isterik yanaşması ölkədə həm hərbi, həm də iqtisadi vəziyyətin həddindən artıq çətin və katastrofik olduğundan xəbər verir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov Ermənistanın Avropa İttifaqının rəsmi İrəvana qarşı irəli sürdüyü sərt bəyanata isterik reaksiyasını şərh edərkən deyib.

“Ermənistan törətdiyi cinayətlərin, qeyri-qanuni hərəkətlərin ört-basdır edilməsinə, hansısa formada müxtəlif dairələrdən dəstək almağa öyrəşib. Lakin bu vəhşiliklər insanlığa qarşı elə bir cinayətdir ki, onlara artıq göz yummaq mümkün deyil. Bu baş verənlər həm də Ermənistanın daxilində gedən qarşıdurmalardan, siyasi və iqtisadi böhrandan xəbəb verir”, - deyə deputat bildirib.

BMT-nin Baş katibi Antoniu Quterriş tərəfindən Gəncə hadisələri ilə bağlı verilən bəyanatdan danışan deputat deyib:

“Dünya yavaş-yavaş ermənilərin törətdiyi vandalizmi daha aydın görür və onların çirkin əməllərini müdafiə etmək istəmir. Çünki beynəlxalq güclər də görür ki, erməni tərəfinin cinayətlərini ört-basdır edəcəyi təqdirdə sabah o cinayətin törədilməsində ittiham oluna bilərlər. Sözügedən bəyanatlar ilkin addımlardır. İnanaq ki, bundan sonra daha yüksək səviyyədə reaksiyalar olacaq. Hesab edirəm ki, bu gün beynəlxalq təşkilatlar nə qədər Azərbaycanın, beynəlxalq qanunun və ədalətin yanında olarsa, bir o qədər onların nüfuzu artar. Bu istiqamətdə beynəlxalq təşkilatlar öz fəaliyyətini çox ciddi təhlil etməlidir. Xüsusilə Minsk Qrupunun həmsədrlərini vurğulamaq istəyirəm. Çünki onlar çox vaxt məhz bu cür cinayət və qeyri-qanuni məsələlərə göz yumub susmağı seçir!”

Tarix
2020.10.19 / 13:23
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla