Yuxarı

Almaniyalı parlamentarilərin Qarabağa səfəri... - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyalı parlamentarilərin Dağlıq Qarabağa qanunsuz səfərinin Federal Hökumətə heç bir aidiyyəti yoxdur.

Bu barədə Axar.az-a Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

“Federal Parlamentin iki üzvü və müxalifət partiyası AFD-nin Brandenburq əyalət parlamentindəki iki təmsilçisinin Dağlıq Qarabağ bölgəsinə səfəri barədə məlumatımız var. Parlament üzvləri qərar verməkdə sərbəst və müstəqildir. Bu səfərin Almaniya Federal Hökumətinə heç bir aidiyyəti yoxdur.

Federal Xarici İşlər Nazirliyi beynəlxalq hüquqa əsasən, Almaniya Federativ Respublikasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaması faktını xatırladaraq “Dağlıq Qarabağ bölgəsinə və ətrafındakı işğal olunmuş ərazilərə heç bir vasitə ilə getməmək” barədə israrlı səyahət xəbərdarlığı edib”, - deyə qeyd olunub.

Qeyd edək ki, “Almaniya üçün alternativ” Partiyasının (AfD) 4 üzvü - Şteffen Kotre, Stephen Koiter, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər.

Tarix
2020.10.19 / 14:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla