Yuxarı

Qarabağ söhbəti bitdi: İrəvan düşünməlidir ki… - Şahnazarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni cəmiyyətinin guya ABŞ-ın siyasi istiqamətini dəyişdirmək gücündə olan erməni diasporu haqda ümidləri xülyadır. Erməni diasporu İsrail, yaxud, məsələn, İrlandiya diasporundan daha zəifdir. Şişirtməyə gərək yoxdur.

Axar.az xəbər verir ki, bunu Rossiya-1 telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" verlişinin efirində erməni əsilli rusiyalı kinorejissor Karen Şahnazarov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi mümkün deyil:

“Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıdığı təqdirdə mümkün olacaq. Bu, yalnız Ermənistan ordusunun Bakıya daxil olduğu halda baş verə bilər. O da heç vaxt olmayacaq! Ermənilərin buna nə gücü, nə də imkanları var. Odur ki, İrəvan hər halda kompromisə getməlidir və həmin kompromis çox ciddi olmalıdır.

Bu mənada Ermənistanın gələcəyini də ölçüb-biçmək lazımdır. Son nəticədə əsas məsələ Ermənistan və orada yaşayan erməni xalqıdır. Çünki diasporlar budaqlardır, gövdəsi isə Ermənistandır. Hazırda Ermənistan mühasirədədir. Bəli, İran Ermənistana kifayət qədər xeyirxah münasibət bəsləyir, – bu gün belədir, amma bir müddət sonra onun özünü necə aparacağını bilmirik. İranda 20 milyon azərbaycanlı (əslində isə 40 milyondur - red.) yaşayır, onlar hələ ki, kifayət qədər ehtiyatlı davranırlar. Bu baxımdan Ermənistan hökumətinin düşünməli olduğu bir məsələ var.

Dağlıq Qarabağ münaqişəsi Abxaziya və Cənubi Osetiyaya oxşamır. Anlamaq lazımdır ki, Qarabağ Azərbaycan Respublikasının bütün dövlətlər, o cümlədən Ermənistanın özü tərəfindən rəsmi olaraq tanınan ərazisidir. Buna görə də Ermənistan rəhbərliyi bu məsələnin həlli uğrunda ən müxtəlif variantları nəzərdən keçirmək üçün özündə güc tapmalıdır”.

Tarix
2020.10.19 / 16:32
Müəllif
Əli, Fatimə
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla