Yuxarı

Deputat və türk ziyalıları şəhidimizin evində

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyədən olan bir qrup ziyalı ilə bərabər 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin ailəsini ziyarət edib.

Axar.az xəbər verir ki, Q.Paşayeva qəhrəman şəhidin adının yeniyetmə və gənclərimizin, ümumən xalqımızın dilindən düşməyən bir ada çevrildiyini deyib.

“19 yaşlı Cabir Dövlətzadə kimi əsgərlərimiz Azərbaycan gəncliyinin malik olduğu sarsılmaz Vətən sevgisini, şücaəti, öz canlarını Vətənə qurban verməklə, bütün dünyaya sübut edib. Bu xalq ruhunun cəsarətini göstərir. Hələ 19 yaşındaykən qəhrəmanlıq göstərərək şəhid olan Cəbrayılın döyüş yolu gənclərimiz üçün bir örnəkdir”, - o bildirib.

Qardaş Türkiyədən olan ziyalılar deyib ki, adını, soyadını doğruldan Cəbrayıl Dövlətzadə artıq yalnız mənsub olduğu ailənin, Azərbaycanın deyil, türk dünyasının əzizi, doğmasıdır. Türkiyə hər zaman Azərbaycan şəhidlərini öz şəhidi bilib.

Oğlunun könüllü olaraq öz hərbi xidmət yerini ön cəbhəyə dəyişməsindən, qəhrəmanlıqla şəhid olmasından qürur hissi keçirdiyini deyən atası bildirib ki, qəhrəmanımız sonuncu dəfə onunla əlaqə saxlayarkən “Məndən nigaran qalmayın. Vətənə canım fəda olsun!” deyib.

Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Cəbrayıl Dövlətzadə 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Sərhəd Qoşunlarında xidmət etsə də, özü ərizə yazaraq, könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildirib. C.Dövlətzadə Qarabağ uğrunda gedən döyüşlərdə düşmənə ağır zərbərlər endirdikdən sonra şəhid olun.

Ruhu şad olsun!

Tarix
2020.10.19 / 17:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla