Yuxarı

Əli Əsədov Şəntopla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:16

Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun rəhbərlik etdiyi, Türkiyə parlamentində təmsil olunan dörd partiyanın təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2 şəhər, 1 qəsəbə və 71 kəndi işğaldan azad etdiyini bildirdi. Qeyd olunub ki, Azərbaycan üçün bu çox mürəkkəb bir dövrdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün rəhbərliyi, türk xalqı Azərbaycanın yanında oldu. Baş Nazir göstərilən dəstəyə görə öz adından və hökumət adından minnətdarlığını bildirib.

Baş nazir Əli Əsədov ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 33 faiz artdığını, bu ilin səkkiz ayı ərzində isə pandemiyaya baxmayaraq artımın 8 faiz olduğunu vurğulayıb.

Baş nazir Türkiyə ilə Azərbaycanın həyata keçirdikləri birgə enerji layihələrinin uğurla davam etdirildiyini bildirdi, Qara dənizdə qaz ehtiyatlarının kəşfi ilə əlaqədar təbriklərini çatdırıb.

Qeyd olundu ki, qarşılıqlı investisiyaların həcmi artmaqdadır.

Əli Əsədov Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin və Türkiyə-Naxçıvan qaz xəttinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş nazir pandemiya dövründə Türkiyə və Azərbaycanın səhiyyə işçilərinin səmərəli fəaliyyətini qeyd edib.

Azərbaycan Prezidentinin Türkiyə televiziyalarına müsahibələrinin bütün dünyada diqqətlə izləndiyini vurğulayan Baş Nazir Türkiyə televiziyalarının Azərbaycanın ədalətli müharibəsi ilə bağlı doğru xəbərləri işıqlandırdığını diqqətə çatdırıb.

TBMM-in sədri Mustafa Şentop Azərbaycan və Türkiyə rəhbərlərinin ilk səfərlərini bir-birinin ölkələrinə etmələrinin bir ənənə olduğunu qeyd edərək özünün də Məclis sədri seçildikdən sonra ilk səfərini Azərbaycana etdiyini vurğulayıb. O, bu səfərlərinin Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəri olduğunu deyərək Azərbaycanı bütün şərtlər daxilində müdafiə etdiklərini bəyan edib.

Mustafa Şentop Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pislədi və qeyd etdi ki, hücuma məruz qalan Gəncə şəhərinə getməyi planlaşdırır. TBMM-in İnsan haqları komitəsinin alt komitəsində Dağlıq Qarabağ da daxil olmaqla müharibə zonalarında insan haqlarının pozulması hallarının araşdırıldığı və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacağı qeyd olunub.

Tarix
2020.10.19 / 19:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla