Yuxarı

Daha bir ölkədə Gəncə ilə bağlı xatirə guşəsi... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir ölkədə Gəncə ilə bağlı xatirə guşəsi... - Foto

Ölkəmizin Estoniyadakı səfirliyinin binası önündə Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də növbəti dəfə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket hücumunun nəticələrini əks etdirən şəkillərdən ibarət xatirə guşəsi yaradılıb.

Axar.az xəbər verir ki, bu ölkədə yaşayan vətəndaşlarımız, eləcə də yerli sakinlər səfirliyin binası qarşısına gələrək guşənin önünə gül dəstələri və şamlar düzür, şəhidlərimizin xatirəsinə dərin ehtiramlarını bildirərək, xalqımızla həmrəylik nümayiş etdirirlər.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən çox mülki şəxs yaralanıb, çoxlu sayda mülki infrastruktur obyektinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Tarix
2020.10.20 / 02:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla