Yuxarı

Özbəkistan mediası Gəncə terrorundan yazır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan mediası Gəncə terrorundan yazır

Özbəkistanın “fikr.uz, “interpress.uz” və “kun.uz” portalları özbək və rus dillərində Gəncənin raket atəşinə tutulmasını pisləyən məqalələr çap edib.

Axar.az xəbər verir ki, Ermənistan dövlət səviyyəsində Azərbaycanın şəhər və kəndlərində yaşayan dinc əhaliyə qarşı terror aktları həyata keçirir.

“Fikr.uz”, “interpress.uz” saytları yazır ki, bu haqda ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Daxili prosedurlar başa çatdıqdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə və digər aidiyyəti qurumlara müraciətlərin edilməsi nəzərdə tutulub.

Saytlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verir, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfdən işğal olunması diqqətə çatdırılır.

“kun.uz” portalı Türkiyənin Anadolu agentliyinə istinadla bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların heç bir nəticə vermədiyini bildirib. “Otuz ildir ki, toplaşırlar, danışırlar, dağılışırlar. Bir münaqişənin müzakirələri otuz il çəkərmi?”, - Türkiyə Prezidenti deyib.

Tarix
2020.10.20 / 09:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla