Yuxarı

Qriqoryan Qarabağdan qaçdı: “ağır vəziyyətdədir...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Respublika Partiyasından keçmiş deputat Manvel Qriqoryan Xankəndidən təcili surətdə qaçıb.

Axar.az xəbər verir ki, bu barədə onun vəkili Levon Baqdasaryan Sputnik-ə açıqlamasında deyib. Vəkil Qriqoryanın Xankəndidən qaçmasını səhhəti ilə əlaqələndirib.

Onun sözlərinə görə, guya ötən gün Qriqoryanın səhhəti “qəflətən” pisləşib və həkimlər ona İrəvana getməyi məsləhət görüblər. Hətta tamaşa üçün Qriqoryanın həkim nəzarətindəki fotosu da paylaşılıb.

Vəkil deyib ki, Qriqoryan reanimasiyaya yerləşdirilib, amma huşu özündədir.

Nədənsə onun halının niyə qəflətən pisləşdiyi, hansı xəstəlikdən əziyyət çəkdiyini demək kimsənin yadına düşməyib.

Beləliklə, bir müddətdir Ermənistan hakimiyyətinin təqibindən qaçaraq Xankəndiyə sığınan M.Qriqoryan burada vəziyyətin pis olduğunu görərək, təkrar İrəvana qaçıb. Qaçmasını isə “səhhəti” ilə əlaqələndirib.

Qeyd edək ki, Manvel Qriqoryan Ermənistan parlamentinin keçmiş üzvüdür. 2018-ci ilin iyun ayında ona qarşı cinayət işi açıldı. O, qanunsuz silah və sursat saxlamaqda, 100 milyon dram (200 min dollardan çox) dəyərində əmlakı mənimsəmək, vergidən yayınmaq və dövlət əmlakını mənimsəməkdə (hər iki halda da - 1 milyard dramdan çox) ittiham olunur.

Tarix
2020.10.21 / 15:20
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla