Yuxarı

Bakı ilə əlaqələr güclüdür - Qətər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə əlaqələr güclüdür - Qətər

İki ölkənin dövlət başçılarının rəhbərliyi ilə Qətər-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və ehtiram, müştərək mənafelər, sülhün və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslanır. Bu əlaqələr güclüdür və siyasi müstəvidə özünəməxsusluğu ilə seçilir.

Axar.az xəbər verir ki, bu barədə Qətərin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Bu yaxınlarda, hətta bilavasitə cavab verməyə layiq olmayan bəzi elektron informasiya vasitələrinin dəqiq və dürüstlüyü özündə əks etdirməyən məlumatlar yayması ölkələrimiz arasındakı güclü əlaqələrə təsir etməyəcək. Çünki “Qətər Hava Yolları” dünya səviyyəsində ən öndəgedən aviasiya şirkətlərindən biridir. O, peşəkarlıqla və beynəlxalq mülki aviasiya sazişlərinin qaydalarına (Çikaqo müqaviləsi)uyğun olaraq fəaliyyət göstərir. “Qətər Hava Yolları” şirkəti COVİD-19 pandemiyası səbəbindən bir çox aviasiya şirkətlərinin öz işini dayandırdığı şəraitdə beynəlxalq aləmdə çarəsiz qalmış on minlərlə sərnişinin ölkələrinə qayıtmasında önəmli rol oynayıb.

Bununla əlaqədar olaraq, Qətərin Bakıdakı səfirliyi bəzi elektron kütləvi informasiya vasitələrinin peşəkar və işlərində qərəzsiz olacağına, məqsədyönlü və faktlara əsaslanan xəbərlər verəcəyinə ümid edir. Bu, daha çox fayda verər, dövlətlərin və xalqların mənafeyinə uyğun olar”, - məlumatda qeyd olunub.

Tarix
2020.10.21 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla