Yuxarı

Əliyevlə Paşinyanın görüşü barədə danışmaq... - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə Paşinyanın görüşü barədə danışmaq... - Səfir

Ermənistan tərəfinin yanaşmalarında nümayişkaranə destruktivlik olduğu üçün Azərbaycanla Ermənistan liderlərinin görüşü barədə danışmaq tezdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfərinin nəticələrini TASS-a müsahibəsində şərh edərkən bildirib.

“Hörmətli Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi belə bir dəvət gəlməyib. Məncə, bunun üçün şərait yetişməyib. Qarşı tərəf öz yanaşmalarında hələ də destruktiv mövqeyini nümayiş etdirdiyinə görə bu barədə danışmaq tezdir”, - deyə səfir Xarici İşlər nazirinin səfəri çərçivəsində sözügedən məsələnin gündəmə gəlib-gəlməməsinə dair suala cavab verərkən qeyd edib.

“Bu cür təşəbbüs göstərilsə, təbii ki, müvafiq şəkildə baxılacaq və ictimaiyyətə də, əlbəttə ki, məlumat veriləcək”, - deyən diplomat Azərbaycanın Qarabağ məsələsilə bağlı beynəlxalq hüquqa söykənən mövqeyini bundan sonra da qətiyyətlə müdafiə edəcəyini vurğulayıb.

Tarix
2020.10.21 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla