Yuxarı

Bu taksi sürücüləri daha hazırlıq keçməyəcək - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 403 nömrəli Qərarına dair izahda deyilir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 may tarixli 1019 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sahəni tənzimləyən bir sıra Qərarları ilə müəyyən edilmiş sərnişin daşımalarında istismar edilən avtonəqliyyat vasitələrinə dair tələblərdə, həmçinin sərnişin daşıyan sürücülərə dair tələblərdə aşağıdakı dəyişikliklər edilib:

- taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlığının Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirliyin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilməsi və keçirilməsi;

- hər bir sərnişin daşıyan avtonəqliyyat vasitəsi “dərman qutusu” deyil “ilk tibbi yardım qutusu” ilə təchiz olunmalıdır;

- beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi minik avtomobillərinin sürücüləri hava limanlarında sərnişindaşımanın xüsusiyyətlərinə dair yenidən hazırlıq keçməsi tələbi aradan qaldırılıb.

Tarix
2020.10.21 / 23:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla