Yuxarı

Cavid Qurbanov: Kəlbəcər həsrətimiz də bitəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavid Qurbanov: Kəlbəcər həsrətimiz də bitəcək

İşğal olunmuş torpaqlarımızın azadlığına ümidim heç zaman itməmişdi. Torpaq həsrətini illərdir ki, çəkirdik. Bu gün Azərbaycan Prezidentinin, Ali Baş Komandanımızın rəhbərliyi ilə sevincli günlərimizi yaşayırıq. Artıq Qarabağ işğaldan azad olunmaq üzrədir.

Axar.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, uzun illər Kəlbəcəri Milli Məclisdə təmsil etmiş Cavid Qurbanov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu şanlı tarix yazır:

“Biz isə bunun şahidiyik. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün illərlə sülh danışıqlarına getdi. 30 ilə yaxındır ki, status-kvo dəyişməz idi. Ancaq Ermənistan sülh üçün addım atmadı. Biz bu səylərimizi davam etdirməyimizlə paralel olaraq həm də ordu quruculuğuna ciddi önəm verdik. Məhz bunun nəticəsidir ki, bütün əməliyyatlar qələbə ilə nəticələnir. Bu gün həm də şəhidlərimizin qisası alınır. Ermənilərin Xocalıda, mənim doğma kəndim olan Ağdabanda törətdikləri soyqırım cinayətlərinin cavabı verilir. 16 nəfər doğması şəhid olan bir vətəndaş kimi bu günü səbirsizliklə gözləyirdim. Tezliklə bizim Kəlbəcər həsrətimiz də bitəcək. Ali Baş Komandanımızdan Kəlbəcərin də müjdəsini alacağıq”.

Tarix
2020.10.22 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla