Yuxarı

Alban KİV-ləri erməni təcavüzündən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Yunanıstandakı və Albaniyadakı səfiri Anar Hüseynov “Albanian Daily News” qəzetinə müsahibə verib. Məlumat çap və elektron variantlarda dərc olunub.

Axar.az xəbər verir ki, müsahibədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən Cənub Qaz Dəhlizinin vacib seqmenti olan TAP layihəsinin Albaniya və Azərbaycan arasında münasibətlərin inkişafında müstəsna rolu qeyd edilib. Enerji sahəsi ilə yanaşı, turizm, kənd təsərrüfatı, qarşılıqlı sərmayə yatırımı, təhsil, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın geniş potensiala malik olduğu ifadə olunub.

Müsahibədə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son təcavüzü barədə məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə riayət etməyən Ermənistanın əsas məqsədi işğal rejimini möhkəmləndirməkdir. Azərbaycana qarşı dəfələrlə silahlı və digər provokasiyalar törədən Ermənistanın addımları münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqları mənasız edib. Ermənistanın sentyabrın 27-dən etibarən başlayan silahlı təcavüzündən sonra BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan əks-hücum hüququndan istifadə edib. Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın ikinci böyük şəhəri Gəncə də daxil olmaqla, əhalinin sıx yaşadığı yaşayış məskənlərinə raket zərbələri endirməyə başlayıb. Nəticədə azı 70 mülki şəxs həlak olub və 300 nəfər yaralanıb. Ermənistan terror fəaliyyəti ilə beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozub.

Tarix
2020.10.24 / 01:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla