Yuxarı

Ermənilər Qarabağdan “iki dəfə” qaçır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Qarabağdan “iki dəfə” qaçır?

Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün aparılan Vətən müharibəsi nəticəsində Qarabağdan Ermənistana gedən ermənilərin sayı haqda danışıb.

Axar.az xəbər verir ki, Z.Mnatsakanyan indiyə qədər 90 min erməninin Ermənistana qaçdığını deyib.

Mnatsakanyan bununla da kifayətənməyib, Qarabağda “8 min obyektin dağıldığını” iddia edib.

Bu, əlbəttə ki, növbəti erməni yalanından başqa bir şey deyil. Qarabağda ümumilikdə 139 min əhalinin yaşadığı haqda rəsmi məlumatın əksinə olaraq, burada 27 sentyabr 2020-ci ilə qədər cəmi 60 min nəfərin olduğu Ermənistanın qeyri-hökumət təşkilatlarının hesabatlarında əksini tapmışdı. Buna görə də 90 min qaçqın üçün Qarabağdakı ermənilərin ən azı “iki dəfə qaçması" lazımdır.

Və yaxud Mnatsakanyan Qarabağda döyüşlərdən qaçan Ermənistan vətəndaşı olan əsgərləri qaçqın kimi qeydə almaqla məşğuldur.

Digər tərəfdən, Qarabağda işğaldan azad edilən ərazilərdə daşı-daş üstündə qoymayan ermənilərin nazirinin “8 min obyektin” dağılmasından danışması sadəcə riyakarlığın son həddidir. Hadrutun azad olunmasından sonra ordan yayılan görüntülərdən də göründü ki, Azərbaycan Ordusu mülki obyektlərə zərər yetirmir. Bunu Şuşanın və Xankəndinin işğaldan azad olunduğu görüntülərində də mütləq müşahidə edəcəyik.

Azərbaycan özünə məxsus olan şəhərləri vurmur, Azərbaycan Ordusu yalnız işğalçı ordusunun hərbi məntəqələrinə və zirehli texnikasına zərbə endirir, işğalçı qüvvələri məhv edir.

Mümkündür ki, Z.Mnatsakanyan “8 min obyekt” deyəndə 8 min hərbi obyekti nəzərdə tutub. Çünki Ermənistan 30 ildə Qarabağda bina və infrastruktur deyil, qarış-qarış yalnız səngər qazıb, hərbi məntəqələr, postlar qurmaqla məşğul olub. Təsadüfi deyil ki, Zəngilan şəhəri azad edilərkən Azərbaycan bayrağını ucaltmaq üçün bir salamat binanın tapılmadığını Prezident, Ali Baş Komandanımız İlham Əliyev bildirdi.

Bu baxımdan hərbi obyektlərdən 8 mininin artıq məhv edildiyi şübhə doğurmur. Buna inanmaq üçünsə Azərbaycan Müdafiə Nazirliyinin düşmənin hərbi obyektlərinə endirilən zərbələri əks etdirən görüntülərə baxmaq kifayətdir.

Xatırladaq ki, Ermənistanın Qarabağı işğalı nəticəsində 1992-93-cü illərdə bu ərazilərdən 800 min azərbaycanlı məcburi köçkünə çevrilib. Ermənistandan 1988-ci ildə qovulan azərbaycanlıların sayı isə 250 mindən çoxdur.

Tarix
2020.10.24 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla