Yuxarı

Heydər Əsədovu bir daha tanıyın

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əsədovu bir daha tanıyın

Prezident İlham Əliyev Kənd Təsərrüfatı nazirliyinə yeni rəhbər təyin edib.

Dünən sərəncam imzalayan dövlət başçısı İsmət Dursun oğlu Abbasovu baş nazirin müavini postuna təyin edib. Onu keçmiş vəzifəsində Heydər Xanış oğlu Əsədov əvəzləyib.

"Axar.az" yeni nazirin kimliyini araşdırıb.

Yeni nazir ixtisasca iqtisadçıdır. 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdəAzərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifələrində çalışıb. 17 aprel 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilıb.

3 monoqrafiyanın, 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.

Tarix
2013.10.23 / 10:57
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla