Yuxarı

Almaniyada Gəncə terroruna etiraz yürüşü keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada Gəncə terroruna etiraz yürüşü keçirildi

Almaniyanın Bielefeld şəhərində yaşayan soydaşlarımız Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Bielefeld Hauptbahnhof stansiyasından Kundgebung meydanına doğru yürüş ediblər.

Diaspora Komitəsindən Axar.az-a bildirilib ki, Azərbaycan və türk icmalarının iştirak etdiyi yürüş Ermənistan ordusunun Azərbaycanın bir sıra rayon və şəhərlərini, o cümlədən Gəncə şəhərini raket atəşinə tutması nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə etiraz olaraq təşkil olunub.

Yürüş iştirakçıları Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını insanlığa qarşı törədilən cinayət adlandırıb, işğalçı və terror siyasəti yürüdən Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu bildiriblər.

Yürüş iştirakçıları müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan, BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”, “Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son”, “Erməni terroruna son” kimi şüarlar səsləndiriblər.

Tarix
2020.10.24 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla