Yuxarı

ABŞ-da Qarabağa dəstək aksiyası keçirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da Qarabağa dəstək aksiyası keçirildi - Foto

ABŞ-ın Yuta Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Salt Lake şəhərində Ermənistanın işğalçı və təcavüzkar siyasətinə etiraz olaraq avtoyürüş və Qarabağa dəstək aksiyası təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər.

Avtoyürüşdən sonra Yutanın Kapitol binası qarşısında keçirilən tədbirdə azərbaycanlılarla yanaşı, türk, iraq, ərəb, özbək icmasının nümayəndələri iştirak edib. Tədbirdə aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni yalanlarına son qoyun!, “Gəncə üçün ədalət!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxslər toxunulmazdır!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Biz terrora yox deyirik” kimi şüarlar səsləndiriblər.

Tədbirdə çıxış edən Yuta Dövlət Universitetinin professoru Chuck Tripp işğal altında olan torpaqlarının azad edilməsi uğrunda Azərbaycanın apardığı haqlı mübarizəsində dəstəklədiyini bildirib.

Tarix
2020.10.24 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla