Yuxarı

Bakının da mövqeyinin yayılması ədalətli olardı - Lamber

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının da mövqeyinin yayılması ədalətli olardı - Lamber

Ermənistanla Azərbaycan arasında qarşıdurma davam etdiyi bir vaxtda “Le Figaro” qəzeti Azərbaycan Prezidenti ilə ölkəsinin mövqeyini çatdıran müsahibə dərc edir. Kütləvi informasiya vasitələrində Ermənistanın rəyinə əsaslanan şərhləri oxuyur və eşidirik, hər kəsin daha dolğun məlumatlara sahib ola bilməsi üçün isə Azərbaycan tərəfinin mövqeyinin də yayılmasını ədalətli hesab edirəm.

Axar.az xəbər verir ki, bu fikirləri Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Prezident İlham Əliyevin “Le Figaro” qəzetinə müsahibəsindən sonra özünün Feysbuk səhifəsində paylaşıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Jerom Lamber qeyd edib ki, münaqişə 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərinin böyük bir hissəsinin - Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun işğal edilməsindən qaynaqlanır. BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi yolla işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsinə dair qətnamələrinə baxmayaraq, 30 ildir işğal davam edir. Əlbəttə ki, Fransa bu qətnamələrə ABŞ, Rusiya və Çin ilə birlikdə səs verib və ölkəmiz beynəlxalq birliyin qərarlarının tətbiqinə nail olmaq üçün vasitəçiliyə cəhd edib. Ancaq indiyə qədər bu vasitəçilik heç bir nəticə verməyib. Azərbaycan ərazilərinin işğalı dünyanın heç bir ölkəsi tərəfindən qəbul edilmir. Ancaq daxili siyasi səbəblərdən bu münaqişənin davam etməsində yalnız Ermənistan maraqlıdır.

Bu işğal illərində çoxsaylı insidentlər oldu. Ancaq Azərbaycanın işğal zonasında və bu zonadan kənarda olan şəhərlərinin bombalanması kimi intensiv səviyyəyə çatmamışdı. Vəziyyətin belə gərginləşməsi narahatedicidir.

Fransız deputat Feysbuk səhifəsində Azərbaycan Prezidentinin “Le Figaro” qəzetində çıxan müsahibəsini paylaşıb.

Tarix
2020.10.24 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla