Yuxarı

Arutyunyan "döyüşçüləri" ilə görün hara sığındı... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.10.25. 22:52

Qondarma “dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyan başının dəstəsi ilə bu gün guya cəbhənin cənub-şərq istiqamətinə gəlib.

Axar.az xəbər verir ki, erməni mediasının məlumatına görə, burada o, döyüş vəziyyətini müzakirə edib.

Arutyunyanın “döyüş vəziyyətinin” müzakirəsinə həsr olunan yerdən yaydığı foto isə sosial şəbəkələrdə haqlı olaraq ciddi tənqid edilib. Belə ki, Arutyunyanın terrorçularla toplantını uşaq bağçasında keçirdiyi açıq-aydın görünür.

Həmçinin Arutyunyanın "iclas" keçirdiyi məkanın əslində "cəbhənin cənub-şərq istiqaməti" deyil, əslində Xankəndidə yerləşən 3 saylı uşaq bağçası olduğu üzə çıxıb.

Qeyd edək ki, bu, Ermənistan ordusunun daimi olaraq tətbiq etdiyi metoddur. Belə ki, onlar ya mədəniyyət evini, ya məktəbi, ya da uşaq bağçasını hərbi dayaq məntəqəsi kimi seçirlər. Azərbaycan Ordusu həmin ərazini vurduqda isə şüvən salırlar ki, Azərbaycan mülki obyektləri atəşə tutur. Halbuki Azərbaycan yalnız kəşfiyyat məlumatları əsasında hərbi obyektlərə zərbə endirir.

Ona görə də uşaq bağçalarını, məktəbləri, mədəniyyət evlərini, yaşayış sahələrini hərbi qərargah kimi istifadə edən Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşımalıdır.

Tarix
2020.10.26 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla