Yuxarı

Prezidentin müraciətindəki 5 sirli məqam – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin müraciətindəki 5 sirli məqam – Şərh

Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasından sonra Prezident İlham Əliyev xarici təbliğat və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dayanmadan çalışır. Eyni zamanda ölkə başçısı müntəzəm olaraq xalqı da mövcud vəziyyətlə bağlı məlumatlandırır. Prezident bu gün də vacib məqamlara toxunub.

Axar.az xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli deyib.

O, Prezidentin çıxışından gəldiyi nəticələri sıralayıb:

”Birincisi, Prezidentin çıxışından da məlum olur ki, həmsədr dövlətlər – Rusiya, ABŞ, Fransa Qarabağ məsələsinin birdəfəlik həllini istəmir. Çünki münaqişənin yarım qalması hər zaman tərəflərə təzyiq üçün də imkan yaradır.

İkincisi, de-fakto bağlanan ittifaqlar işləyir. Yəni Azərbaycan kağız üzərində imzalanmasa da, faktiki olaraq bu gün də öz təsirini göstərən ittifaqlar qurub. Söhbət tək qardaş Türkiyədən getmir. Prezident ona görə bir neçə dəfə dedi ki, “sözümüz imzamızdır”. Bu faktiki ittifaqlar önümüzü açıb, təzyiqlərə dözməyə imkan yaradıb.

Üçüncüsü, Madrid Prinsipləri, 5+2 formatı və s. təkliflər artıq öz mahiyyətini itirib. Artıq yeni prinsiplər lazımdır, amma Minsk Qrupu bunu hələ qəbul etmək istəmir. Düşünürlər ki, Ermənistan əks-həmlə edərək situasiyanı dəyişə, köhnə formata qayıda bilər. Bunun üçün onları silahlandırırlar. Məhz bunun üçün atəşkəsi həmişə Ermənistan pozur.

Dördüncüsü, Prezidentin Rusiyaya mesajları daha açıq idi. Ermənistanın Rusiyanın kuklası, sözçüsü olması daha açıq şəkildə dünyaya çatdırılmalıdır. Bu, beynəlxalq anti-Rusiya çevrələri üçün tutarlı arqumentə çevriləcək.

Beşincisi, Ermənistanın bölgədə böyük neft-qaz dəhlizlərinə təhlükə olduğunu və bu təhkükənin yaranmasının indi Kremlə sərf etdiyini (Şimal Axını-2 layihəsinə görə) daha aydın şəkildə dünyaya izah etmək lazımdır.

Allah Əsgərimizi və Ordumuzu qorusun!”

Tarix
2020.10.26 / 17:01
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla