Yuxarı

Nazir: Ordumuzun əks-hücum əməliyyatının səbəbi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzah etməliyəm ki, erməni hərbi dəstələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində dislokasiya olunmuş Ermənistan silahlı qüvvələrinin nizami bölmələridir. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı silahlı təcavüzə başladı. Onun qoşunları ölkəmizə soxuldu və Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal etdi.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində bildirib.

"Erməni qoşunları bu təcavüzün gedişində çoxsaylı hərbi cinayətlər törədib, o cümlədən yaşayış məntəqələrini atəşə tutub, insanları girov götürüb, azərbaycanlı hərbi əsirləri və dinc sakinləri, o cümlədən qadınları və uşaqları qətlə yetirib, onlara işgəncə veriblər. Etnik təmizləmə nəticəsində bu ərazilərdəki yerli azərbaycanlı əhali oradan tamamilə qovulub.

1994-cü ilin may ayında atəşkəs elan ediləndən sonra döyüş əməliyyatlarının aktiv fazası başa çatıb. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi, Azərbaycan ərazilərinin işğaldan tamamilə, dərhal və qeyd-şərtsiz azad edilməsi haqqında tələblərin təsbit olunduğu dörd qətnaməsini yerinə yetirməkdən imtina etdi.

Ermənistan özünün hüquqazidd əməllərinin nəticələrini ört-basdır etmək üçün işğal olunmuş Azərbaycan ərazilərində oyuncaq rejim yaratdı. Bu addım dünya birliyini çaşdırmadı. Dünyada heç bir təşkilat, heç bir dövlət, yeri gəlmişkən, Ermənistan da daxil olmaqla, İrəvanın nəzarəti altında olan oyuncaq qurumun legitimliyini tanımayıb.

Ermənistan bütün bu illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə, əsas beynəlxalq təşkilatların çoxsaylı qərarlarına rəğmən məqsədyönlü şəkildə işğalçılıq siyasəti yürüdüb. Ermənistandan və digər ölkələrdən etnik ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə kütləvi şəkildə köçürülməsi təşkil edilib. İşğalçılar Azərbaycanın mədəni-tarixi irsini vəhşicəsinə məhv edir, yaşayış məntəqələrinin adlarını dəyişdirir, təbii ehtiyatları vəhşicəsinə istismar edirlər.

Ermənistanın danışıqlar masası arxasında mövqeyi qeyri-konstruktiv xarakter daşıyır, təcavüzün və işğalın nəticələrini möhkəmlətmək üçün vaxt qazanmaq məqsədi güdürdü. Buna paralel olaraq, Ermənistan atəşkəsi mütəmadi olaraq pozur, həm bizim silahlı qüvvələrin mövqelərini, həm də Azərbaycanın təmas xətti boyunca yaşayan mülki əhalisini atəşə tuturdu. Beləliklə, Ermənistan faktiki olaraq bizim dinc sakinləri girovlara çevirməklə terror taktikasını həyata keçirirdi.

Erməni tərəfin bu cür taktikası, məsələn, 2016-cı ilin aprelində münaqişə zonasında vəziyyətin kəskinləşməsinə gətirib çıxarmışdı. Bu il sentyabrın 27-də baş vermiş hadisələr xalqımızın səbir kasasını daşdıran son damla oldu. Bazar günü səhər tezdən erməni qoşunları faktiki olaraq, faşist işğalçıların 1941-ci il iyunun 22-də tətbiq etdikləri plan üzrə hərəkət edərək Azərbaycanın hərbi mövqelərini və təmas xətti boyunca yerləşən dinc yaşayış məntəqələrini şiddətli atəşə tutdular. Azərbaycanın Ağdam, Tərtər, Cəbrayıl və Füzuli rayonlarındakı kəndlərinə və qəsəbələrinə güclü artilleriya zərbələri endirildi. Azərbaycan vətəndaşları arasında ölənlər və yaralananlar oldu. Evlər, məktəblər, xəstəxanalar dağıdıldı.

Bu şəraitdə Azərbaycan tərəfi təcili cavab tədbirləri görməyə məcbur oldu. Bizim qoşunların əks-hücum əməliyyatlarının əsas məqsədi mülki əhalini sonrakı atəşlərdən və hücumlardan qorumaq idi", - XİN rəhbəri vurğulayıb.

Tarix
2020.10.28 / 00:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla