Yuxarı

Ermənilərin 4 dəfə yaydığı “vurduq” rüsvayçılığı – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin 4 dəfə yaydığı “vurduq” rüsvayçılığı – Video

Ermənistan Müdafiə Nazirliyinin “səhər tezdən” Azərbaycan Ordusuna məxsus PUA-nı vurması ilə bağlı ardıcıl xəbərləri erməni mediasını bəzəməkdədir.

Ona görə “ardıcıl xəbərləri” ki, Ordumuza məxsus PUA-nın vurulması haqda məlumatı əvvəlcə Ovannisyan, daha sonra Şuşanyan, daha sonra Ermənistan MN bəyan etdi, bunun ardınca isə faktın “təsdiqi” kimi video yaydılar.

Videoda “pilotsuz uçuş aparatı” kimi təqdim edilən “UNO”-nun əsl həqiqətdə nə olduğunu müəyyənləşdirmək bir qədər çətindir. Çünki çox uzaqdan görüntülənir.

Ancaq uçuş səviyyəsinin aşağı olması, üstəlik görünən obyektin quruluşu “pilotsuz uçuş aparatı” adına təqdim edilən və ardıcıl 4 xəbərlə böyük uğurlarının nümayişi kimi göstərilən obyektin yenə “kukuruznik” (kənd təsərrüfatında istifadə edilən yüngülmotorlu An-2) olduğunu tamamilə təsdiqləyir.

Qeyd edək ki, Ermənistan ordusu “kukuruznik” vurmaq üzrə mahirdir. Bir neçə gün öncə də Ermənistan MN vurduğu “kukuruznik”in videosunu yayıb, bunun Azərbaycan PUA-sı olduğunu utanmadan bəyan etmişdi.

Yeri gəlmişkən, Azərbaycan MN artıq Ermənistanın 4 açıqlama ilə yaydığı xəbərin yalan olduğunu bildirib.

Axar.az hər iki videonu təqdim edir:

Tarix
2020.10.28 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla