Yuxarı

“Nyu York Tayms” müxbiri Bərdə terrorunun şahidi oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nyu York Tayms” müxbiri Bərdə terrorunun şahidi oldu

“Nyu York Tayms” nəşri Bərdə terroru haqda geniş məqalə dərc edib.

Axar.az xəbər verir ki, “Azərbaycanda partlayışlar zənciri, fəryadlar və qan” adlanan məqalənin müəllifi Karlotta Qal çərşənbə günü partlayış zamanı Bərdədə olduğunu yazıb. O bildirib ki, ilk partlayış səsindən sonra maşını saxlamasaydılar, özləri də bu terrorun qurbanı olardı:

“Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, lakin cəbhə xətti 20 mil uzaqdadır və buna qədər həyat bölgədə problemsiz davam edirdi. Qadınlar alış-verişə gedirdilər, kişilər yanacaqdoldurma məntəqəsində maşınlarına yanacaq doldururdular...”

Bir aydır ki, Azərbaycan və Ermənistan arasında müharibə getdiyini xatırladan jurnalist Azərbaycan tərəfinin döyüş meydanlarında erməni qüvvələrini ölümcül dəqiqliklə hədəfə aldığını və Azərbaycanın üstün atəş gücünə sahib olduğunu qeyd edir:

“Azərbaycanda cəbhəyə yaxın bir sıra yaşayış məntəqələri demək olar ki, gündəlik raket zərbələrinə məruz qalır. Cəbhədən bir az aralıda yerləşən Bərdəyə hücumun artması isə gərginliyə səbəb olub”.

Erməni terrorunun dəhşətini təsvir edən yazı mülki əhalinin qətlindən, Bərdədəki ab-havadan yazaraq gözüylə gördüyü terror qurbanlarını təsvir edir, onların yaxınlarının çəkdiyi iztirabı gözlər önünə sərir:

“55 yaşlı Kamil Kərimov qışqırır: “Görürsən ki, ermənilər bizə nə edir?" “Burada hərbçi görürsən? Burda yanız mülki əhalidir. Niyə bunu edirlər? Xaos yaratmaq istəyirlər...”

Tarix
2020.10.29 / 11:45
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla