Yuxarı

Bərdəyə raket hücumu ərəb mediasının gündəmini zəbt etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərdəyə raket hücumu ərəb mediasının gündəmini zəbt etdi

Oktyabrın 28-də işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumu və üç humanitar atəşkəsə rəğmən müharibə cinayətlərini davam etdirməsi barədə xəbərlər ərəb KİV-lərində geniş işıqlandırılıb.

Axar.az xəbər verir ki, “Əl-Cəzirə”, “Skaynyus Arabia” və “Əl-Ərəbiyə” televiziya kanalları Bərdə şəhərində 21 mülki insanın, o cümlədən 1 uşağın həlak olması, 70 nəfərin yaralanması haqqında reportajlar yayıblar. Reportajlarda qeyd olunub ki, Azərbaycan Ordusunun yeni əraziləri işğaldan azad etməsi fonunda Ermənistan mülki obyektləri və dinc əhalini hədəfə alır. Ermənistanın qadağan olunmuş kasetli bombalardan istifadə etdiyi də diqqətə çatdırılıb.

“Almasryalyoum” informasiya portalı isə Bərdə şəhərində mülki insanların qətlə yetirilməsi və yaralanması haqqında geniş xəbər yayıb. Xəbərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun insan tələfatı və mülki obyektlərə vurulmuş zərərlə əlaqədar bəyanatı yer alıb.

Nüfuzlu “Əl-Əhram” qəzeti də Ermənistanın Bərdəyə raket hücumu haqqında geniş məqalə dərc edib. Məqalədə qeyd olunur ki, dinc əhalinin və mülki obyektlərin hədəfə alınması yolverilməzdir və bu addım münaqişənin daha da dərinləşməsinə səbəb olacaq.

Tarix
2020.10.29 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla münasibətlər ağlasığmaz şəkildə dəyişib - ABŞ

ABŞ-ın Azərbaycana ixracı kəskin artıb - Kessler

"Veysəloğlu"nun ənənəvi illik tədbiri keçirildi - Foto

Niderland səfirliyi Tehrandan Bakıya köçürüldü

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

İran İsraili vurdu: İki azərbaycanlı həlak oldu - Foto

İrana humanitar yardım: Azərbaycan qonşuluğa sadiqdir

Əliyev hər şeyi soydaşlarımıza qurban etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla