Yuxarı

Səfirliyimiz önündə təxribat törədənlər müəyyən edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirliyimiz önündə təxribat törədənlər müəyyən edildi

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi önündə təxribat törədənlər müəyyən olunub. Onlar Rusiya qanunlarına uyğun olaraq cəzalandırılacaqlar.

Axar.az Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, oktyabrın 27-si saat 10:48-də səfirliyin inzibati binasının yaxınlığında Müslüm Maqomayevin abidəsinə yaxınlaşan iki naməlum şəxs postamentində dəmir zəncirlərlə möhkəmləndirərək anti-Azərbaycan yönümlü mətni olan lövhə yerləşdiriblər. Lövhə həmin gün saat 11:53-də aşkar edildikdən dərhal sonra oradan götürülüb. Bu faktla əlaqədar səfirlik dərhal bütün lazımi tədbirləri görən Moskvanın hüquq-mühafizə orqanlarına müraciət göndərib.

Səfirlik bu təxribatı törədənlərin müəyyən edildiyini və Rusiya Federasiyası qanunlarına uyğun olaraq ən yüksək səviyyədə cəzalandırılacaqlarını bildirib.

Tarix
2020.10.29 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla